Pələng salatı

Pələng salatı
Salatlar
10.09.2017 28
 Ərzaqlar:
400qr kartof
200qr kolbasa
200qr xiyar
150qr göysoğan
400qr kök
Mayonez
Duz
İstiot


Bəzək üçün:
Qara zeytun
Kolbasa
Yumurtanın ağı
Xiyar


Hazırlanması:
Kartof və kökü hazır olana qədər qaynadıb, sonra isə təmizləyirik.
Kartof, kök və yumurtanı(1yumurtanın ağını bəzək üçün saxlayırıq) sürtkəcdən keçirdirik.
Kolbasa, xiyar və göysoğanı kubiklərlə xırda-xırda doğrayırıq.
Düz boşqabın üzərinə kartofu pələng başı formasında düzüb, üzərinə duz, istiot və mayonez çəkirik.
Kartofun üzərinə kolbasa, kolbasanın üzərinə xiyar, xiyarın üzərinə isə göysoğan düzüb mayonez vururuq. Sonra isə yumurtanın üzərinə kökü düzürük.
Yumurtanın ağından göz və kiprik, 6-7 ədəd zeytunu isə xırda-xırda doğrayıb burun və kiprik, kolbasadan isə ağız düzəldirik.
Xiyardan gözünün içərisini, doğranmış qara zeytundan paloskaları, soğandan isə bığları düzəldirik.
Nuş Olsun :nyam:
Redaktə etdi:PURE LOVEскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!