Sevinc salati

Sevinc salati
Salatlar
10.09.2017 16
 Tərkibi (6-8 pay): 

500 q toyuq budu 6 yumurta 

70-80 q qoz

100 q dənəsiz qara gavalı

2-3 diş sarımsaq 

duz

mayonez 

bitki yağı

Toyuq budunu bişirin (qaynara düşəndən sonra 40 dəqiqə qaynadın). Soyudun.

Əti sümükdən ayırın, xırda doğrayın.

Yumurtanı çalın, azca duz vurun. 

Qaynar, yağlanmış tavaya tökün. Qızılı rəng alanadək bişirin. 

Çevirib o biri üzünü də bişirin. Bu qayda ilə 6 blinçik bişirin. Soyudun. 

Blinçikləri xırdalayın.

Qara gavalını yuyun, əgər bərkdirsə, isti suda 30 dəqiqə saxlayın. Sonra suyu süzüb, gavalını xırda doğrayın. 

Qozu blenderdən keçirin, ya da xırda doğrayın.

Blinçik, toyuq əti, qara gavalı və qozu qarışdırın. Azca duz vurun. 

Əzilmiş sarımsaq əlavə edin. 

Mayonez əlavə edin. 

Nuş olsun!
 



 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!