Köklü kərəviz salatı

Köklü kərəviz salatı
Salatlar
10.09.2017 28
Tərkibi:
1 kərəviz
1 kök
Bir neçə diş sarımsaq
Yarım kq süzmə qatıq
1-2 çay qaşığı zeytunyağı
Şüyüd
Qoz
Hazırlanması:
Sarımsaqları döyüb qatıqla qarışdırın. Kərəvizləri üzərlərində heç qara nöqtə qalmayacaq şəkildə soyub, sürtkəcdən keçirin və qatıqla qarışdırın.
(Kərəvizlər dərhal qarala biləcəyi üçün soyan kimi sürtkəcdən keçirib qatıqla qarışdırmağınız lazımdır. Hətta siz kərəvizi sürtkəcdən keçirərkən bir başqası qatıqla kərəvizi qarışdıra bilsə daha yaxşı olar.)
Kökləri də soyub, sürtkəcdən keçirin və qatığa əlavə edin. Zeytun yağını əlavə edib bütün ərzaqları yaxşıca qarışdırın. Süfrəyə verəcəyiniz qaba yığıb üzərinə şüyüd və iri döyülmüş qoz səpin.
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!