Mərakeş Noxud Salatı

Mərakeş Noxud Salatı
Salatlar
10.09.2017 38
Mərakeş mətbəxi çox gözəldir. Burada heç vaxt Mərakeşli tərəfindən
hazırlanan xörəklərinin dadına baxmayan birindən bunu eşitmək bir qədər
qəribə gələ bilər, amma bu belədir. Lakin bu ölkənin mətbəxi haqqında o
qədər kitab ve resept oxumuşam ki, iddiamda yanılmadığımı düşünürəm.
Mərakeş xörəkləri demək olar ki, rəngli, ədvalı, qeyri-adi təamların
qarışığından ibarət, şirin və turş, parlaq və dadlı olur. Mən bir neçə
Mərakeş reseptini sınaqdan keçirərək maraqlı, ekzotik nəticələr əldə
etdim.
Dadlı noxud salatı Mərakeş xörəkləri kitabımdan çoxdan tapdığım
yeməklərdən biridir. Bu yaxınlarda qonaqlarımız üçün hazırladım.
Düşünürəm ki, onlar bu salatı bəyəndilər.

Soğan və Paprika ilə Mərakeş Noxud Salatı
Orijinal reseptdə 1 xörək qaşığı döyülmüş zirənin qatılması da qeyd
olunub. Mən isə ondan ya heç istifadə etmirəm, ya da bir cimdik
qatıram. Siz zövqə görə istədiyiniz qədər qata bilərsiz. Yadda saxlamaq
lazımdır ki, salata digər ərzaqları qatarkən noxud isti olmalıdır. Belə
olan halda noxud bütün təamları özünə yaxşı çəkir.

4 pay üçün
Ərzaqlar:
1 1/4 fincan noxud, gecədən soyuq suda isladılır
1 orta boylu qırmızı soğan, ikiyə bölüb, incə-incə doğranır
4 diş sarımsaq, xırda doğranır
Bir cimdik döyülmüş zirə (vacib deyil)
1 çay qaşığı (və yaxud zövqə görə) paprika
3 xörək qaşığ (və yaxud zövqə görə)zeytun yağı
Təzə sıxılmış 1 limonun şirəsi
Bir qədər doğranmış cəfəri
Bir qədər doğranmış keşniş
120 qram ovulmuş keçi pendiri yaxud hər hansı növ ağ pendir (vacib deyil)
Zövqə görə duz, döyülmüş qara istiot
Hazırlanması:
Suda isladılmış noxudlar süzülür, dərin qazana tökülür. Üzərinə
çıxanadək su əlavə edilib qaynamağa qoyulur. Orta dərəcəli odda,
noxudlar yumşalana qədər təxminən 45 dəqiqə qaynadılır. Diqqət yetirmək
lazımdır ki, noxudlar əzilməsin. Bişmiş noxudların suyu süzülür,
qabıqları ovuşdurularaq çıxarılır.
İsti noxudlar bir qaba töküb, üzərinə doğranmış soğan, sarımsaq,
zirə, paprika, zeytun yağı və limon şirəsi əlavə edilir və yaxşıca
qarışdırılır.
Zövqə görə duz, istiot qatılır, doğranmış göyərtinin çox hissəsi
əlavə olunur. Əgər istifadə olunacaqsa salatın üzərinə pendir ovulub
tökülür və göyərtinin qalan hissəsi səpilir. Hazır salat isti halda
çorəklə birgə süfrəyə verilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!