“Yaz səhəri” salatı

“Yaz səhəri” salatı
Salatlar
10.09.2017 40
"Yaz səhəri” salatı

2-3 porsiya üçün nəzərdə tutulub
100 qram təzə kələm
2 ədəd xiyar (100 qram)
2-3 ədəd turp
2-3 ədəd bişmiş yumurta
30-40 qram göy soğan
3 x.q. xama
şüyüd
duz

Hazırlanma qaydası:
Tərəvəz və göyərtini yuyub, yaxşıca qurulayın.
Kələmi xırda-xırda doğrayın.
Xiyarı xırda kub şəklində və yaxud nazik dilimlərlə doğrayın.
Turpu sürtkəcin iri gözündən keçirin.
Bişmiş yumurtanı xırdalayın.
Göy soğanı xırda-xırda doğrayın.
Boşqaba kələmi töküb, üzərinə duz səpərək, yaxşıca qarışdırın. Sonra
üzərinə xırdalanmış xiyar, turp, yumurta, göy soğan, şüyüd əlavə edib,
qarışdırın.
Süfrəyə verərkən, salatı xama ilə qarışdırın.
Salatın yanında qarnir kimi bişmiş kartof verə bilərsiz.
скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!