2 ləziz dad

2 ləziz dad
Salatlar
10.09.2017 34
Sadə kartof salatı









Tərkibi:
4 ədəd orta boyda kartof
1 kasa qatıq
1 yemək qaşığı mayonez
2 diş sarımsaq
2 yemək qaşığı incə doğranmış cəfəri
Duz



Hazırlanması:
Kartofları yumşalana qədər qaynadıb, qabıqlarını soyun. Küp şəklində doğrayıb, dərin bir qaba alıb soyuması üçün gözləyin.
Sarımsaqların qabıqlarını soyun. Mayonez, qatıq, sarımsaq, duz və cəfərini qarışdırın.
Qarışığa kartof əlavə edib, qarışdırın. Artıq xidmət edə bilərsiniz. 



Pudinqli keks



 



Tərkibi:
4 ədəd yumurta
1 su stəkanı toz şəkər
1 su stəkanı süd
1 su stəkanı duru yağ
2 su stəkanı un
1 paket vanilli pudinq (toz halında)
1 paket qabartma tozu
Qoz



Hazırlanması:
Dərin bir qabda yumurta və toz şəkəri mikserlə köpürənə qədər çırpın. Süd, duru yağ əlavə edib, çırpmağa davam edin.
Ayrı bir qabda un, toz pudinq, qabartma tozunu qarışdırın. Qarışığı çırpma qabına əlavə edib, qaşıqla bir neçə dəfə qarışdırın.
Yağlanmış keks qəliblərinə keks xəmiri pay edin. Əvvəldən isidilmiş 180 dərəcə sobada təxminən 30 dəqiqə bişirin.
Bişən keksləri sobadan çıxarıb, istiykən üzərinə qoz səpin. Sonra xidmət edin.



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!