Sarımsaqlı Badımcan Kürüsü

Sarımsaqlı Badımcan Kürüsü
Salatlar
10.09.2017 89
Tələb olunan ərzaqlar:
badımcan - 2 ədəd 

bolqar bibəri - 1 ədəd 

pomidor - 3 ədəd

soğan - 1 baş

cəfəri - zövqə görə 

sarımsaq - 3 diş 

Hazırlanma qaydası:

1. Badımcanları deşib sobada 180*C-də yumşalana
kimi (1-1,5 saat ölçüsündən asılı olaraq) bişirin. Eyni temperaturda bibərləri
yarım saat, pomidorları 10 dəqiqə bişirin. Bütün tərəvəzlərin qabığını soyub
bir yerdə iri-iri doğrayın. 

2. Soğanı bitki yağında qızardın. Tərəvəzləri əlavə
edib vam alovda suyu buxarlanana kimi qarışdıra-qarışdıra qızardın. Duz,
doğranmış göyərti və sarımsaq əlavə edin.

3. Hamısını bir yerdə blenderdə əzib yenidən tavaya
qaytarın və bir neçə dəqiqə qarışdıra-qarışdıra qızardın.





Nuş olsun!
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!