Kralsayağı salat

Kralsayağı salat
Salatlar
10.09.2017 46
Ərzaqlar:
Mal əti – 250 qr.
Soğan – 1 ədəd
Kartof – 2-3 ədəd
Gavalı – 100 qr.
Kök – 1 ədəd
Yumurta – 2 ədəd
Pendir – 150 qr.
Cuğundur - 1 ədəd
Bolqar bibəri - 1 ədəd
Mayonez – 400 qr.
Qoz ləpəsi – 50 qr.
Duz – zövqə görə

Hazırlanması:

1. Quru qara gavalının üzərinə qaynar su töküb 20 dəqiqə saxlayın, sonra suyunu süzüb çoxda xırda olmamaq şərti ilə doğrayın.
2. Kartofu, kökü, yumurtanı və çuğunduru qaynadıb bişirin, sonra soyudub təmizləyin. Əti bişirib dördkünc doğrayın.
3. Kartofu dördkünc doğrayın, kökü, çuğunduru iri gözlü sürtgəcdən keçirin.
4. Soğanı xırda–xırda doğrayın.
5. Yumurtanı uzununa doğrayın.
6. Pendiri xırda gözlü sürtgəcdən keçirin.
7. Qoz ləpəsini xırda–xırda doğrayın.
8. Salatı qat–qat olaraq aşağıdakı ardıcıllıqla boşqabın içərisində yığın: Kartof–mayonez, soğan- ət–mayonez, kök–gavalı–qoz ləpəsi–kök–mayonez, çuğundur–mayonez, yumurta–mayonez, pendir.
9. Salatı göyərti, halqa şəkilində doğranmış bolqar bibəri və kökdən kəsilmiş güllər vasıtəsi ilə bəzəyib süfrəyə verin.

Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!