Qırmızı kələm və boranı tumundan salat

Qırmızı kələm və boranı tumundan salat
Salatlar
10.09.2017 84
Tərkibi: 
250 q qırmızı kələm
100 q boranı
30 q boranı tumu
duz
qara istiot 
mərzə, reyhan (istəyə görə - provans ədviyyatları)
20 q kişmiş 
3 x.q. şəkər tozu
40 ml su
1 portağal 
3 x.q. bitki yağı
2 x.q. küncüt 
Boranını nazik saman kimi, yaxud nazik kvadratlara doğrayın, qaba yığın, üzərinə bitki yağı gəzdirin, duz, istiot, quru göyərti səpin, qarışdırın. Folqa ilə büküb 190 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin. 
Kişmişi qaynar suda 5 dəqiqə isladın. Yaxşıca yuyub süzün. 
Kələmi çox nazik doğrayın. Duz, istiot səpin, əlinizlə ovxalayın ki, şirəsi çıxıb yumşalsın. 
Quru, qızdırılmış tavaya şəkər tozunu səpin, su əlavə edib bir neçə saniyə qaynadın. Bura boranı tumunu da əlavə edin, qarışdırın. 
Boşqaba bitki yağı çəkin, boranı tumlarını çıxarıb içinə qoyun, siropu atmayın. 
Tavadakı siropa portağalın şirəsini əlavə edin, orta itilikdə odda 1-2 dəqiqə bişirin. 2 x.q. bitki yağı əlavə edin, istiot vurub qarışdırın. 
Kələm, boranı, kişmiş və boranı tumunu, küncütü qarışdırın, üzərinə portağal sousu gəzdirin. 
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!