Buğda salatı

Buğda salatı
Salatlar
10.09.2017 39
Vəsaitlər: 
* 1 su stəkanı buğda
* 8 budaq cəfəri
* 8 dal şüyüd
* 2 budaq təzə nanə
* 4 yemək qaşığı şirin qarğıdalı
* 1 çay qaşığı kətan toxumu
* 1 kasa qoz içi
* 3 yemək qaşığı nar dənəsi
* 1 çay stəkanı mozzarella pendiri
* 2 yemək qaşığı zeytunyağı
* 2 yemək qaşığı təzə limon suyu
* 1 şirin qaşığı nar turşusu
 
Hazırlanması:
Buğdanı bir neçə saat gözlətdikdən sonra diri konsistensiyada qaynadın. Süzüb soyumağa buraxın. Göyərtiləri doğrayıb dərin bir qabın içinə tökün. Sousu üçün zeytunyağını, limon suyunu və nar turşusunu ayrı bir kasada qarışdırın.  Sousu qaynadılmış buğdaya əlavə edin. Göyərtiləri də əlavə edib yaxşıca qarışdırın. Şirin qarğıdalı, kətan toxumunu, qoz içini, nar dənələrini və mozzarella pendirini də qarışdırın. Salat hazırdır.
 
Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!