Pendirli və qozlu İspanaq salatı

Pendirli və qozlu İspanaq salatı
Salatlar
10.09.2017 26
Təzə ispanaqdan hazırlanan bu salat çox ləzzətli olur. Azərbaycanda ispanağı adətən bişmiş vəziyyətdə yeyirlər, amma məncə təzəsi də çox ləzzətli olur.  Təzə ispanaq Amerikada salatların içində ən çox istifadə olunan yaşıl ərzaqlardandır. Burada ispanaq salatının bir çox növü var. Onlardan biri isə mənim ən çox bəyəndiyim pendirli və qozlu salatdır.

Pendirli və qozlu İspanaq salatı

Pendirli və qozlu ispanaq salatı

4 porsiya üçün nəzərdə tutulub

Tərkibi:
200 qram təzə ispanaq
1/3 stəkan ovulmuş duzlu ağ pendir
1/3 stəkan iri-iri doğranmış qoz ləpəsi
1 ədəd  qabığı soyulmuş və kub şəklində doğranmış alma
1/3 stəkan ağ kişmiş
1 ədəd kub şəklində doğranmış orta boy pomidor (mən bəzən bu salata pomidor qoymuram)
2 xörək qaşığı zeytun yağı
yarım limonun suyu
1 xörək qaşığı balzamik sirkə (zövqə görə alma sirkəsi ilə əvəz oluna bilər)
zövqə görə duz (pendir çox duzludursa, əlavə duz vurmayın)
zovqə görə istiot

İspanağı yaxşıca yuyun və qurulayın. Yarpaqlarını iri doğrayın. Yarpaqlar çox iri deyilsə, onları doğramamaq da olar. Bütün ərzaqları böyük salat qabına qoyub, qarışdırın. Nuş olsun!


/Mənbə: Fəridənin yemək kitabı/
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!