Qarğıdalı salatı

Qarğıdalı salatı
Salatlar
10.09.2017 59
Tərkibi:

3 yumurta

200 q hisə verilmiş toyuq filesi

1 banka qarğıdalı konservi

150 q pendir

100 q qara gavalı

2 diş sarımsaq

mayonez


Göy soğan


Hazırlanması:
Pendiri sürtgəcin iri gözündən keçirin.

Yumurtaları bişirin, təmizləyib kubik doğrayın. Göyərtini yuyun, suyu çəkiləndən sonra xırda doğrayın. 
Toyuq filesini xırda kubik doğrayın. Qara gavalının üstünə qaynar su tökün, süzün, xırda kubik doğrayın.
Qarğıdalının 1/3 hissəsini saxlayın, qalanını digər ərzaqlarla qarışdırın, mayonez, duz, istiot vurun. Salatı uzunsov qablara qoyun.
Üstünə qarğıdalı dənələrini elə düzün ki, əsl qarğıdalıya oxşasın.
Göy soğanları ortadan yararaq açın, salatın üstündən qarğıdalı yarpağıymış kimi düzün.
Salatı soyuducuda iki saat saxlayın.



Nuş olsun!  :11:скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!