Stroqanov salatı

Stroqanov salatı
Salatlar
10.09.2017 21
Tərkibi: 
400 q qaynadılmış yağsız mal əti 
250 q marinə edilmiş göbələk 
6 ədəd göy soğan 
1 şirin qırmızı bibər 
sous:
2/3 st. qatı xama 
1 x.q. qıtığotu 
2 x.q. limon şirəsi 
duz
istiot 
Qaynadılıb soyudulmuş mal ətini nazik şəridlərə doğrayın. 
Göbələyi uzununa doğrayın.
Bibərin toxumunu təmizləyib nazik saman kimi doğrayın. 
Göy soğanı xırda doğrayın. 
Əti, göbələyi, bibəri, soğanı qarışdırın. 
Xamanı qıtığotu, limon şirəsi, duz, istiotla qarışdırıb salatın üzərinə tökün və qarışdırın. 
Bu salatı xamasız, bitki yağı ilə də hazırlamaq olar. Bu zaman süfrəyə verərkən boşqaba kahı yarpaqları düzün, salatı üstünə qoyun, üzərinə doğranmış cəfəri səpin. Kahı yarpaqlarını həmçinin salatın içinə də doğraya bilərsiniz.


Nuş olsun!

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!