"Bənövşə" salatı

Salatlar
10.09.2017 64
Tərkibi:

300 qr. hisə verilmiş toyuq əti
200 qr. qara gavalı
400 qr. şampinyon
2 təzə xiyar
200 qr. koreya üsulu yerkökü
300 qr. mayonez

bəzək:
1 yumurta
10 duzlu kreker
7 ispanaq yarpağı
3-4 turp
duz
istiot

Hisə verilmiş toyuq ətini, qara gavalı və xiyarı saman kimi doğrayın.
Yumurtanı suda bişirib ağını sarısından ayırın.
Göbələyi doğrayın, duz, istiot vurub bitki yağında qovurun.
Qaba lay-lay düzün: ət+mayonez+qara gavalı+qovrulmuş şampinyon+mayonez+xiyar+mayonez+koreya üsulu yerkökü+mayonez.

Bəzək: halqa doğranıb qırmızı kələm suyu ilə rəngi dəyişdirilmiş turpdan "bənövşə"lər düzəldin. Hər "çiçəyin" ortasına ovulmuş yumurta sarısı tökün. İspanaq yarpaqlarını "bənövşə"lərin ətrafına düzün.
Salatın böyrünə duzlu kreker düzün.

Nuş olsun! :11:скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!