Pərpətöyün salatı

Pərpətöyün salatı
Salatlar
10.09.2017 42
Tərkibi:
80 q şabalıd 
1 dəstə pərpətöyün
0,5 qırmızı bibər 
0,5 acı istiot 
0,5 pomidor
0,5 xiyar
0,5 qırmızı soğan 
1 nar 
5-6 yarpaq təzə nanə 
Sous: 
1 qəhvə fincanı zeytun yağı
1 x.q. narşərab 
duz
Bıçaqla şabalıdların üzərini bir neçə yerdən çərtin, əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Çıxarıb qabıqlarını təmizləyin. Xırda doğrayıb bir kasaya yığın.
Bibəri, istiotu, pomidoru, xiyarı, qırmızı soğanı, nanəni və pərpətöyünü doğrayın, narı dənələyin, şabalıdla qarışdırın. Salat qabına qoyun. 
Zeytun yağı, narşərab və duzu qarışdırıb çalın, salatın üzərinə gəzdirin. 

Nuş olsun! :11:  
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!