"Noktyurn" salatı

Salatlar
10.09.2017 32
Tərkibi: 
150 q yumşaq pendir 
3 ədəd şirin bibər 
hisə verilmiş toyuğun döş əti 
göyərti 
mayonez
2 yumurta
duz
istiot
 Hazırlanması :
Toyuğun döş ətini kubik doğrayın.Pendiri də kubik doğrayın.Yaxşı olar ki, üç fərqli rəngdə bibər götürəsiniz, dadından başqa, görüntüsü də qəşəng olar. Kubik doğrayın. Ümumiyyətlə, bu cür salatların inqredientlərini eyni ölçüdə doğramaq daha yaxşıdır, çünki yeyərkən hamısının dadını eyni qaydada hiss edəcəksiniz. 
 Yumurtanı bişirin, təmizləyib kubik doğrayın.Göyərtini xırda doğrayın. Hamısını qarışdırın, mayonez, duz, istiot vurun.Çox saxlamağa gərək yoxdur.


Nuş olsun! :11:  скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!