"Xırt-xırt" salat

Salatlar
10.09.2017 28
Tərkibi: 

200 q ağ baton 
250 q toyuq filesi 
150 q pendir 
300 q xiyar 
150 q soğan 
1 dəstə kahı

Sous: 
4 x.q. bitki yağı
3 diş sarımsaq 
1 x.q. 6%-li sirkə
duz
istiot
Hazırlanması :
Toyuq filesini bişirin (qaynara düşəndən sonra daha 20 dəqiqə bişirin). Soyudun.Toyuq ətini didin.Batonu kubiklərə doğrayın.Bitki yağında qızılı rəng alanadək qızardın.Xiyarı jülyen doğrayın.Soğanı yarımhalqa doğrayın (soğan acıdırsa, üstünə qaynar su tökün, 10 dəqiqə sonra süzün, soğanı soyuq suda yuyun).  Pendiri sürtgəcin xırda gözündən keçirin.
Sous: bitki yağını, sirkəni, duzu, istiotu, əzilmiş sarımsağı qarışdırın.Kahını əlinizlə doğrayın.Xiyar, soğan, toyuq əti, pendir, sous və suxarını əlavə edin (suxarını salatı süfrəyə verən zaman əlavə etməyiniz daha yaxşı olar).


Nuş olsun!  :11:скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!