Bayram şamı salatı

Bayram şamı salatı
Salatlar
10.09.2017 18
Tərkibi:
2 bişmiş kartof

3 bişmiş yumurta

200 q soğanla qovrulmuş qiymə (mal ətindən)

150 q bərk pendir

100 q mayonez və ya çox qatı xama
bəzək üçün: 

şüyüd

qırmızı və sarı bolqar bibəri

bişmiş yerkökü

Hazırlanması :
Kartofu yuyub qabıqlı bişirin, təmizləyib sürtgəcin iri gözündən keçirin. Azca duzlayıb boşqaba şəkildə göstərildiyi formada yerləşdirin. Üzərinə mayonez çəkin.

Soğanla qovrulmuş qiyməni qoyun, mayonez çəkin.

1 yumurtanın ağını və sarısını bəzək üçün saxlayın, qalan yumurta ağını sürtgəcdən keçirin, salatın üstünə səpin. Azacıq mayonez çəkin.

Sürtgəcdən keçirilmiş pendir və yumurta ağı səpin (şəkildəki kimi).

«Şamın» «fitil»ini qara gavalıdan kəsdiyiniz nazik şəriddən düzəldin.

Atəş: sürtgəcdən keçirilmiş pendirin üstünə sürtgəcdən keçirilmiş yumurta sarısı, sonra sürtgəcdən keçirilmiş yerkökü tökün, üstünə qırmızı bibərdən kəsdiyiniz bir parçanı qoyun.

Fitilin ətrafına yumurtanın ağını dairəvi şəkildə, qalan yerinə isə sürtgəcdən keçirilmiş pendir səpin. bir tərəfinə şüyüddən «budaqlar» döşəyin. Qırmızı bibərdən bant kəsib salatın üzərinə yerləşdirin.




 

 

 

 



Nuş olsun !

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!