"Tülkü xəzi" salatı

Salatlar
10.09.2017 3
 
Tərkibi (6 pay):1 siyənək balığı

2 baş soğan 

300 q marinə edilmiş göbələk

2 yerkökü

2 kartof

mayonez

2 x.q. bitki yağı

Hazırlanması :

Kartofu yuyub qabıqlı-qabıqlı suda bişirin. Soyudun. 

Yerkökünü yuyub qabıqlı-qabıqlı suda bişirin. Soyudun. Təmizləyin. Koreya üsulu yerkökü üçün olan sürtgəcdən keçirin. 

Kartofu təmizləyib sürtgəcin iri gözündən keçirin.

Soğanı təmizləyib çox xırda doğrayın. Tavanı qızdırın, bitki yağı tökün. Orta itilikdə odda soğanı qarışdıraraq 2-3 dəqiqə qovurun. 

Marinə edilmiş göbələyin suyunu süzüb yuyun. Yenidən suyunu süzün, doğrayın. 

Göbələyi soğana əlavə edin. Qızılı rəng alanadək qovurun. Yağını süzün, soyudun.

Siyənəyin dərisini çıxarın, başını kəsin, içini təmizləyin. 

Fileni kubik doğrayın (duzlanmış balıq yeyə bilmirsinizsə, başqa, hisə verilmiş balıqla əvəzləyə bilərsiniz). 

Salatı aralarına mayonez çəkməklə lay-düzün. 1-ci qat: kubik doğranmış siyənək + mayonez. 

2-ci lay: soğanla qovrulmuş göbələk + mayonez.

3-cü lay: kartof + mayonez.

4-cü lay: yerkökü +mayonez.

Salatı tülkü forması verməklə, zövqünüzə görə bəzəyə bilərsiniz. 

Onu soyuducuda 3-4 saat saxlamaq gərəkdir. 



Nuş olsun!скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!