Qatıqlı kartof salatı

Qatıqlı kartof salatı
Salatlar
10.09.2017 45
Ərzaqlar:



*Kartof
*Süzmə qatıq
*Mayonez
*Kök
*Limon
*Xiyar turşusu
*Dilim qara zeytun
*Dilim yaşıl zeytun
*Qırmızı bibər
*Hazır salat sousu
*Təzə cəfəri
*Şüyüd
*Təzə nanə
*Zeytunyağı
*Qırmızı toz bibər
*Duz

Hazırlanması:
Kartofları qaynadın. Dərin bir qaba qoyun. Çəngəllə əzərək püre halına gətirin. Duz səpin. Kartofları yaxşıca yoğurun. Limon suyu əlavə edin. Zeytunyağı , mayonez və hazır salat sousunu əlavə edin. Yenə yoğurun.Dilimlənmiş qara zeytunu və yaşıl zeytunu əlavə edin.İncə doğranmış cəfəri, şüyüd, nanəni, küp doğranmış xiyar turşuları və şirin qırmızı bibəri əlavə edib qarışdırın. Qabı zeytunyağı ilə yağlayın. Ərzaqları qoyun. Üzərlərini qaşıqla basdırın. Kökləri zeytun yağında bir az qizartdıqdan sonra rəndələyin. Salatın üzərinə yayın.Qırmızı bibərləri közləyib doğrayın. Üzərinə yenə kök düzün.Süzmə qatığa döyülmüş sarımsaq qatın. Salatın üstünə yayın.Salatınızın qırmızı bibər və nanə yarpaqları ilə bəzəyin.Qatıqlı kartof salatı hazır. Soyuducuda bir müddət gözlətdikdən sonra xidmət edin. 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!