Nişan üzükləri salatı

Nişan üzükləri salatı
Salatlar
10.09.2017 28
Tərkibi: 
4 pomidor 
250 q brınza
150 q bərk pendir
250 q marinə edilmiş bibər 
2 qırmızı soğan 
100 q dənəsiz qara zeytun 
1 təzə xiyar 
1 xörək qaşığı xırda doğranmış mərzə (mayoran) 
6 xörək qaşığı sirkə
Duz, istiot, şüyüd 

Hazırlanması:1. Soğanı, xiyarı və zeytunu halqa, pomidorları kubik doğrayın. Hamısını bir ləyəndə qarışdırın. 
2. Başqa qabda mərzə, sirkə, duz, qara üyüdülmüş istiotu qarışdırın və zeytun yağı əlavə edin. 
3. Bu sousu salata əlavə edib qarışdırın. 
4. Brınza və marinə edilmiş bibəri xırda doğrayıb salatla qarışdırın. Salatı iç-içə iki halqa kimi buluda qoyun. 
5. Bir üzüyün üzərinə sürtgəcdən keçirilmiş yumurta ağı, digərinin üzərinə sürtgəcdən keçirilmiş holland pendiri səpin. Əgər belə bəzəmək çətinlik törədirsə, adi qaydada salatı bir buluda yığın, üzərinə göyərti səpin, ortasına isə sürtgəcdən keçirilmiş pendirdən iç-içə üzük şəkli çəkin. 
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!