Mətbəx sirləri: Dovşan salatı

Mətbəx sirləri: Dovşan salatı
Salatlar
10.09.2017 23
Qadınlar.Biz dovşan formalı salatın hazırlanma qaydasını təqdim edir
Tərkibi:
400 q toyuq əti
300 q göbələk
3 kartof
2 yerkökü
3 duzlu xiyar
4 yumurta
300 q mayonez
duz
bəzək:
2 kağız "qulaq"
1 zeytun
1 dilim yerkökü
göyərti (zövqə görə)
Toyuq ətini bişirib didin.
Göbələk əgər təzədirsə, duzlu suda hazır olanadək bişirin. Əgər konservləşdirilmişdirsə, yaxşıca yuyun. Hazır göbələyi blenderdə xırdalayın.
Kartofu və yerkökünü hazır olanadək bişirin, təmizləyib sürtgəcdən keçirin.
Duzlu xiyarı sürtgəcdən keçirin.
 
Yuyulub bişirilmiş yumurtaların ağını və sarısını ayırın, ayrı-ayrı qablara sürtgəcdən keçirin.
Salatı buluda lay-lay düzün. Lap əvvəldən dovşan forması verin:
kartof + mayonez + toyuq əti + mayonez + duzlu xiyar  + mayonez + yumurta sarısı + mayonez + yerkökü + mayonez, göbələk + mayonez + yumurtanın ağı.
Sonra "dovşan"ın "baş"ına kağızdan düzəltdiyiniz "qulaqları" taxın. Zeytundan "gözlər" və "burun" hazırlayın, "dovşan"ın yan-yörəsinə xırda doğranmış göyərti, məsələn, şüyüd səpin.  
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!