Kala salatı

Kala salatı
Salatlar
10.09.2017 23
Tərkibi: 
1 stəkan düyü
3 yumurta 
200 q toyuq filesi (krab çöpləri)
50 q bərk pendir
1 orta ölçülü xiyar 
1 banka qarğıdalı konservi 
Mayonez
Ərinmiş pendir (lay-lay)
Bəzək üçün pomidor və ya xiyar
 
Hazırlanması
Düyünü yuyub duzlu suda bişirin. Soyudun. 
Yumurtaları qaynadın, soyudub sürtgəcin iri gözündən keçirin, düyüyə əlavə edin. 
Bişmiş toyuq filesini (yaxud krab çöplərini) nazik laylar şəklində doğrayın. 
Pendiri tərəfi 1 sm olan kubik doğrayın. Xiyarı kubik doğrayın.Qarğıdalı konservinin suyunu süzün. 
Mayonez də əlavə etməklə bütün ərzaqları qarışdırın. Salatı buluda yığın. 
Kala hazırlamaq üçün pomidordan nazik şərid kəsin.
Əridilmiş pendir diliminin ortasına pomidordan kəsdiyiniz şəridi qoyun, pendirin iki qarşı ucunu ağız-ağıza birləşdirin.
Beləliklə, kalaya bənzər görüntü alınacaq. Bir neçə belə «kala» düzəldib salatın üzərinə yerləşdirin.
Tərxundan ona gövdə və yarpaq da düzəldə bilərsiniz.
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!