"Məxməri" salatı

Salatlar
10.09.2017 17
Tərkibi: 

0,5 bişmiş çuğundur 

1 portağal 

120 q Feta pendiri 

3 x.q. zeytun yağı 

5 ədəd göy soğanın ağ hissəsi 

2 ç.q. üzüm sirkəsi 

1 ovuc küncüt 

1 çimdik duz



Hazırlanması :


Portağalın plyonkalarını təmizləyib doğrayın.

Soğanı xırda, çuğunduru və pendiri kubik doğrayın. 

Portağalın lətini doğradığınız zaman çıxan şirəsini (1 x.q.), zeytun yağı, sirkə və soğanı qarışdırıb sous hazırlayın. Portağalı çuğundurla qarışdırın, duz vurun, sousunu əlavə edin. Üzərinə Feta pendirini düzün küncüt səpin. 



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!