Tülpan salatı

Tülpan salatı
Salatlar
10.09.2017 22
 
Əgər süfrənizin fərqli və gözəl olmasını istəyirsinizsə,bir qədər fantaziyanızı işə salın. Əgər sadə və göz oxşayan süfrə hazırlamaq istəyirsinizsə sizin bayram süfrəsi üçün "Tülpan" salatı ideal bir seçim olacaq.



 
Ərzaqlar :


Pomidor - 10 ədəd

Pendir (yumşaq) - 300 qram

Yumurta - 3 ədəd

Mayonez - 250 qram

Xiyar - 200 qram

Sarımsaq - dad üçün

Duz, istiot - dad üçün

Yaşıl soğan - 10 ədəd



 
Hazırlanması :



1.Tülpan salatı üçün uzunsov, kiçik və bərk pomidorlar alın.

2.İçlik üçün bişmiş və xırda doğranmış yumurta, toyuq əti, sürtkəcdən keçirilmiş holland pendiri, qabığı soyulmuş və xırda-xırda doğranmış xiyar, əzilmiş bir diş sarımsaq və mayonez qarışdırılır zövqə görə duz,istiot vurulub qarışdırılır.

3.Pomidorlar bacardığınız qədər ehtiyatla, səliqəli bir şəkildə çapraz formada 4 yerə bölünür. Çay qaşığı ilə bütün içi çıxarırılır, içi hazırladığımız içliklə doldurulur. Pomidor servis ediləcəyi boşqabda, yaşıl soganların üstünə dəstə şəklindəyığılır.
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!