Pomidora doldurulmuş salat resepti

Pomidora doldurulmuş salat resepti
Salatlar
10.09.2017 10
Süfrələrimizi vazgeçilməzi salat çeşitlərimizə bir yenisi daha əlavə olundu. Dadı və görünüşü ilə nəfis bir salat növü. Sevəcəyinizi təxmin etdiyim bu salat ilə iftar süfrələrimizi bəzəyə bilərsiniz. Xeyirli Ramazanlar hər birimizə...



Tərkibi:

3 yemək qaşığı süzmə qatıq,

3 ədəd kartof,

1 ədəd kök,

2 ədəd xiyar,

3 yemək qaşığı mayonez,

4 diş sarımsaq,

Duz

15-20 ədəd pomidor.



Hazırlanması:


Kök və kartofu qaynadın. Sonrada kiçik yumru halında doğrayın.

Xiyarın qabıqlarını soyun. Sonrada yumru yumru doğrayın.

Süzmə qatıqın içinə, döyülmüş sarımsağı, mayonez, xiyar, kök, kartof və duzu əlavə edib qarışdırın.

Pomidorların bas hissəsini yüngülcə kəsin və içlərini ovun.

İçlərinə hazırladığımız məhsulu doldurun.

Göyərti ilə bəzəyərək servis edə süfrələrimizə təşəbbüs edə bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!