Hədiyyə salatı resepti

Hədiyyə salatı resepti
Salatlar
10.09.2017 12
Tərkibi:

Toyuq ciyəri

Mayonez

Yumurta

Pendir (çox düzlu olmasın)



[/b]Bəzək üçün:

Kök (uzun olsun)

Göyərti

Qırmızı turp



Hazırlanması:

Salatı dördkünc şəklində aşağıdakı ardıcıllıqla hazırlayın:

1-ci qat – qaynadılıb biçirilmiş və sürtgəcdən keçirilib mayonezlə qarışdırılmış ciyər.

2-ci qat – bərk bişirilib sürtgəcdən keçirilib mayonezlə qarışdırılmış yumurta

3-cü qat – sürtgəcdən keçirilib mayonezlə qarışdirilmiş pendir



Bəzədilməsi:

Dördkünc
şəklində hazırladığınız salatı şəkildəki kimi bəzəyin. Bunun üçün xırda
və ya orta ölçülü qırmızı turpdan gül kəsib hazırlayın.Uzun kökdən
hədiyyənin bağlarını, şüyüd və ya tut yarpağından istifadə etməklə gülün
dudaq və yarpaqlarını şəkildəki kimi hazırlayıb süfrəyə verin.



Qeyd: Lazım gələrsə salatdakı qatları eyni qaydada təkrarlamaqla onun həcmini və kütləsini artırmaq olar.



[b]
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!