Həsir şlyapa salatı resepti

Həsir şlyapa salatı resepti
Salatlar
10.09.2017 5
Tərkibi:

1-2 çuğundur

3 kartof

1 iri yerkökü

100 q pendir

3 yumurta

300 q mal əti

mayonez

xama

2 diş sarımsaq

1,5 st. qoz

nar

cəfəri



[/b]Hazırlanması:

Mayonezi xama və əzilmiş sarımsaqla qarışdırın - bu, sousdur, layların arasına çəkiləcək.



Əti, tərəvəzi, yumurtaları suda bişirin.



Lay-lay düzün:



kartofu sürtgəcdən keçirin + mayonezli qarışıq

çuğunduru sürtgəcdən keçirin + mayonezli qarışıq

yerkökünü sürtgəcdən keçirin + mayonezli qarışıq

xırdalanmış qozun bir hissəsi

xırdalanmış ətin yarısı + mayonezli qarışıq



Bundan sonrakı layların diametrini kiçildin:



kartofu sürtgəcdən keçirin + mayonezli qarışıq

xırdalanmış yumurta sarısı

sürtgəcdən keçirilmiş pendir

ətin qalanı

yerkökü



Sonra
salatın üstünə mayonezli qarışıq çəkin, yumurta ağını sürtgəcdən
keçirib üstünə döşəyin, sous gəzdirin. Üzərinə sürtgəcdən keçirilmiş
pendir və qoz səpin.



Salatı nar dənələri və cəfəri yarpaqları ilə bəzəyin.



[b]
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!