Vineqret salatı resepti - FOTO RESEPT

Vineqret salatı resepti - FOTO RESEPT
Salatlar
10.09.2017 242
Tərkibi:

3 ədəd orta ölçülü kartof

4 ədəd orta ölçülü kök

1 ədəd böyük ölçülü çuğundur

200 qr. lobya

350 qr. şoraba kələm

1 dəstə keşniş

1 dəstə şüyüd

Zeytun yağı(zövqə görə)

Duz, istiot



Hazırlanması:

1. Kartofu, kökü, çuğunduru yuyuruq və qazanda qaynadırıq.



2. Lobyanı yuyub təmizlədikdən sonra ayrı qazanda qaynadırıq. Suya bir çimdik  duz əlavə etmək lazımdır. Lobya yumşalana qədər qaynamalıdır.



3.
Kələmi doğrayırıq.



4. Keşniş və şüyüdü xırda-xırda doğrayırıq.



5. Kök, kartof və çuğundur qaynadıqdan sonra onları sudan çıxarırıq, qabıqdan təmizləyirik və doğrayırıq. Qeyd:  Lobya iri  olduğuna görə kartofu, kökü və çuğunduru çox xırda doğramaq lazım deyil.




6. Lobyanı əlavə edirik




7. Zeytun yağını əlavə edirik.



8.
Zövqə görə duz, istiot əlavə edib hamısını yaxşıca qarışdırırıq.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!