Qat-qat salat resepti

Qat-qat salat resepti
Salatlar
10.09.2017 27
Tərkibi:

350 q kartof

150 q kök

200 q çuğundur

150 q soğan

200 q duzlu xiyar

200 q alma

3 ədəd yumurta

Mayonez

Duz



Hazırlanması:

Əvvəlcə yerkökü və kartofu  bişiririk.

Çuğunduru da ayrı qabda bişiririk.

Soğan xırda doğranılır.

Soğanın üzərinə qaynar su tökülür və 10 dəqiqə saxlanılır. Sonra suyunu süzün və soyuq su ilə yaxalayin ki, soyusun.

Kök də sürtkəcin xırda gözündən keçirilir.

Kartof da sürtkəcin xırda gözündən keçirilir.

Duzlu xiyar xırda doğranılır.

Yumurta sürtkəcin xırda gözündən keçirilir.

Alma da soyulub sürtkəcin xırda gözündən keçirilir.

İndi salatı düzəltməyə başlayırıq. 1-ci qat: Kartofu qoyuruq və üzərinə mayonez çəkirik.



2-ci qat: Kök və mayonez.

3-cü qat: Soğan  əlavə olunur.

4-cü qat:  Duzlu xiyar və mayonez əlavə olunur.

5-ci qat: Rəndələnmiş yumurta və mayonez.

6-cı qat: Yumurtanın üzərindən almanı rəndələyib tökürük və mayonez çəkirik.

7-ci qat: Almanın da üzərindən çuğunduru əlavə edirik. Sonra mayonezlə üzərinə naxış qoyuruq.

Salatımız hazırdır
 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!