Sandviç salatı resepti - FOTO RESEPT

Sandviç salatı resepti - FOTO RESEPT
Salatlar
10.09.2017 22
Tərkibi:

kahı yarpaqları

1 ədəd pomidor

1 ədəd qırmızı baş soğan

1 diş sarımsaq

1 x/q zeytun yağı

yarı limon şirəsi

pendir

qara zeytun

duz

təzə əzilmiş istiot



Hazırlanması:

Bu resept daha çox salat resepti deyil, salatın süfrəyə bəzəkli verilməsi reseptdir.



1. İnqredientlər hazırlanır.





2. Pomidor və kahı yuyulub qurudulur. Yağ, əzilmiş sarımsaq və limon şirəsi qarışdırılır.





3. Kahının iri yarpaqları seçilir.





4. Soğan halqa şəklində doğranılır və hər kahı yarpağına cüt soğan halqası düzülür.





5. Yarpaqlar öncə hazırlanan limonlu şirə ilə yağlanır. Duz və istiot əlavə edilir.





6. Üzərinə bir qədər xırda kahı yarpağı əlavə edilir, onunda üzərinə pomidor dilimi və pendir. Yenidən duz, istiot əlavə edilir və limonlu şirə ilə yağlanır. Hamısı diş çöpü və qara zeytunla bağlanır.

[/center]
[center] 

 

7. Və budur salat hazırdır! Kahı yarpaqlarının üzərinə zövqə görə müxtəlif içlik əlavə edilə bilər.
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!