Pendir səbəti resepti

Pendir səbəti resepti
Salatlar
10.09.2017 10
Tərkibi:

200 q toyuq filesi

100 q bərk pendir

100 q şampinyon

2 turşaşirin alma

80 q qoz

1 diş sarımsaq

100 q yağsız xama

2 x.q şirin xardal

xırda doğranmış cəfəri

1 x.q. bitki yağı

duz

qara istiot



Bəzək üçün:

sous (teriyaki)

giləmeyvə dənələri

parmezan pendiri



Hazırlanması:

Toyuq filesini duzlu suda bişirib xırda doğrayın. Pendiri sürtgəcin orta gözündən keçirin. Qozu xırdalayın. Sarımsağı əzin. Almaları saman kimi doğrayın. Şampinyonları bitki yağında qızardın. Xama, şirin xardal, doğranmış cəfəri də əlavə edərək qarışdırın.



Pendir səbəti hazırlamaq üçün ensiz dibi olan tavaya sürtgəcdən keçirilmiş parmezan pendiri töküb qızdırın. Pendir bir az yayılandan sonra iti ucu olan taxta çubuqla tavadan ayırın. Soyumağa imkan vermədən tərs üzünə çevrilmiş stəkanın üstünə qoyun. Gözləyin, soyusun. Bu zaman o, səbət forması alacaq. Sonra götürüb qaba qoyun, salatı içinə yığın.

Qabın bir tərəfinə sous gəzdirin. "Səbət"in ətrafına qoz dənələri, giləmeyvə qoyun.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!