Yaşıl zeytun salatı resepti

Yaşıl zeytun salatı resepti
Salatlar
10.09.2017 24
Tərkibi:

1 stəkana əzilmiş, dənəsi təmizlənmiş yaşıl zeytun

4-5 sap göy soğan

2 diş sarımsaq

2 ədəd pomidor

2 xörək qaşığı iri üyüdülmüş qoz

1 çay qaşığı zirə

2 xörək qaşığı zeytun yağı

2 xörək qaşığı nar şirəsi

4-5 budaq cəfəri

1 çay qaşığı qırmızı istiot

1 çay qaşığı sumax

1 çay qaşığı bibər sousu



Hazırlanması:

Zeytunları bir kasaya qoyuruq.

Üzərinə xırda doğranmış cəfəri, göy soğanları və kiçik kub şəklində doğranmış pomidorları əlavə edirik.

Ayrı bir qabda zeytun yağını və digər ədviyyatları qarışdırıb zeytunlara əlavə edək.

Ən axırda qozları da səpək.

Bütün ərzaqları yaxşıca qarışdırdıqdan sonra salatımızı böyük boşqaba qoyuruq.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!