Yeni il gecəsi salatı resepti

Yeni il gecəsi salatı resepti
Salatlar
10.09.2017 30
Tərkibi:
200 q duzlu siyənək
1 baş soğan
2-3 çuğundur
3 duzlu xiyar
4 yerkökü
2 turşməzə alma
150 q bərk pendir
4 kartof
9 yumurta
göyərti
3 x.q. sirkə
0,5 ç.q. şəkər tozu
300 q mayonez
duz
1/4 st. quşüzümü (bəzək üçün, nar da olar)
Hazırlanması:
Siyənəyi 1 sm enində şəridlərə doğrayın.
Soğanı nazik halqa doğrayıb 3%-li sirkə və şəkər tozunun qarışığında 5 dəqiqə marinə edin.
Çuğundur, kartof və yerkökünü qaynadıb soyudun, təmizləyin, sürtgəcin iri gözündən ayrı-ayrı qablara keçirin. İki bişmiş yerkökünü isə bəzək üçün saxlayın.
Almaları yuyub qabığını soyun, cecəyini çıxarıb sürtgəcdən keçirin.
Yumurtaları bişirin, 3 yumurtanı sürtgəcin iri gözündən keçirin.
Lay-lay düzün:
siyənək + soğan + göyərti + çuğundur + mayonez + doğranmış xiyar + sürtgəcdən keçirilmiş yerkökü + alma + pendir + kartof + mayonez + yumurta ağı (bu, «qar»dır).
«Siferblat» düzəltmək üçün 6 yumurtanı ortadan bölüb, ağlarını salatın dövrəsi boyu düzün, üstünə yerköküdən rum rəqəmləri «yazın».
Quşüzümü və göyərti ilə bəzəyin.
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!