Balıqlı göl salatı resepti

Balıqlı göl salatı resepti
Salatlar
10.09.2017 38
Tərkibi:
3-4 ədəd qabıqda bişirilmiş kartof
1 banka xırda şprot
4-5 bişmiş yumurta
150-200 q pendir
1 diş sarımsaq
mayonez
göyərti və turp (bəzək üçün)
Hazırlanması:
Şprotların bir neçəsini ayırıb kənara qoyun, qalanının quyruğunu kəsib çəngəllə əzin. Lay-lay, aralarına mayonez çəkməklə aşağıdakı qaydada siniyə düzün:
1. sürtgəcdən keçirilmiş kartof (üzərinə şprotun yağını gəzdirə bilərsiniz);
2. çəngəllə əzilmiş şprot;
3. sürtgəcdən keçirilmiş yumurta və əzilmiş sarımsaq;
4. sürtgəcdən keçirilmiş pendir.
Soğan, keşniş, şüyüd və quyruqlarını kəsmədiyiniz şprotların köməyilə salatı bəzəyin. Soğanlardan "qamış", turplardan isə nülufər çiçəyi düzəldin. Şprotları isə üzü aşağı, quyruğu göydə olmaqla salata batırın. Bu, gölə baş vuran balıq təsiri yaradacaq.
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!