Quş yuvası salatı resepti

Quş yuvası salatı resepti
Salatlar
10.09.2017 31
Tərkibi:
3-4 kartof
2 baş soğan
4 yerkökü
5-6 yumurta
toyuq əti
mayonez
şüyüd
sarımsaq (istəyə görə)
Hazırlanması:
Kartofla kökü nazik saman kimi, soğanı yarımhalqa doğrayın. Növbə ilə bunları az yağda qızardın. Sonra salfetin üstünə qoyun ki, yağı çəkilsin.
Bişmiş toyuq ətini didin. Bişmiş yumurtanın ağını sarısından ayırın. Yumurtanın ağını saman kimi doğrayıb, ətlə, qızardılmış tərəvəzlə qarışdırın. Mayonez vurun. Xırda doğranmış sarımsaq və ya xardal da vura bilərsiniz.
Qabın içinə qoyun. Ortasını dərinləşdirib quş yuvası formasına salın. Yumurtanın sarısını əzib mayonezlə, çox xırda doğranmış şüyüdlə qarışdırın. Alınan qarışıqdan əlinizlə kiçik kürələr (yumurtalar) hazırlayıb salatın ("quş yuvasının") ortasına qoyun.
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!