Qar qız salatı resepti

Qar qız salatı resepti
Salatlar
10.09.2017 32
Tərkibi (4 pay):
150 q hisə verilmiş pendir
100 q çedder pendiri
2 kartof
1 soğan
mayonez
1 siyənək balığı* (hisə verilmiş)
1 iri yaşıl alma
3 yumurta
bəzək üçün:
tomat pastası
qırmızı kələm
qara dənəvər istiot
suluquni
 
Hazırlanması:
Kartofu, yumurtanı suda bişirin, təmizləyin, sürtgəcdən keçirin (yumurtanın ağını sarısından ayırın).
Salatı qoyacağınız uzunsov, hamar qabın üzərinə mayonezlə Qar qızın konturunu çəkin.
Sonra isə lay-lay döşəyin:
Konturun içi ilə bir mayonez çəkin + kartof + siyənək balığı + mayonez + marinə edilmiş soğan + sürtgəcdən keçirilmiş alma + mayonez + hisə verilmiş pendir + azacıq mayonez + yumurta sarısı.
Üzərinə mayonez çəkib bəzəməyə başlayın.
Qar qızın kürkü, tacı, əlcəkləri üçün sürtgəcdən keçirilmiş yumurta ağlarından istifadə edəcəksiniz. Bunun üçün yumurta ağlarını qırmızı kələmin şirəsi ilə qarışdırın, o, mavi rəngə boyayır.
Çedder pendirini sürtgəcin xırda gözündən keçirin - bu, kürkün yaxalığı və manjeti olacaq.
Suluquni pendirindən Qar qızın saçını və hörüyünü düzəldin.
Bərk pendirdən xırda dairə - Qar qıza üz - kəsin.
Qara istiot dənələri gözləri olsun.
Qaşını və burnunu kəklikotunun budağından düzəldə bilərsiniz.
Tomat pastasına diş çöpünü batırıb Qar qızın dodaqlarını çəkin.
*Qeyd: balığı xoşlamayanlar onu toyuq əti ilə əvəz edə bilərlər. Onu duzlu suda bişirməyi unutmayın.
Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!