"Qar təpələri" salatı

Salatlar
10.09.2017 27
Tərkibi:
8 yumurta
1 yerkökü
400 q bişmiş süd kolbasası
1 baş soğan
2 kartof
200 q bərk pendir
200 q mayonez
1 x.q. kərə yağı (qovurmaq üçün)
ədviyyat, sarımsaq - zövqə görə
Hazırlanması:
Soğanı təmizləyib kubik doğrayın.
Yerkökünü təmizləyib sürtgəcin orta gözündən keçirin.
Soğan və yerkökünü kərə yağı ilə qızılı rəng alanadək qovurun.
Kartofu qabıqlı bişirin, təmizləyin.
Kartofu və südlü kolbasanı xırda kubik doğrayın.
Pendiri sürtgəcin xırda gözündən keçirin.
 
Yumurtaları suda bişirin, təmizləyib ortadan bölün, ağını sarısından ayırın.
 
Yumurta sarılarını çəngəllə əzib 20 q mayonezlə qarışdırın. Mayonezə sürtgəcdən keçirilmiş sarımsaq da vura bilərsiniz. Yumurta sarısı-mayonez  qarışığını boş yumurta ağlarının içinə doldurun.
İndi isə lay-lay düzün:
Yastı boşqaba aralarına mayonez çəkməklə öncə kartofu, üzərinə yerkökü-soğan qarışığını, kolbasanı düzün. İçinə yumurta sarısı ilə mayonezin qarışığını doldurduğunuz yumurta ağlarını kəsiyi üzüaşağı olmaqla düzün. Üzərinə bolluca mayonez çəkin. Ən axırda sürtgəcdən keçirilmiş pendir səpin. (Sonuncunu salatı süfrəyə verəndən 5 dəqiqə əvvəl etsəniz, "qar təpələri" daha gözəl görünəcək).
Salatın üzərinə ərzaqdan müxtəlif fiqurlar (Şaxta baba, Qar adamı, pinqvin və s.) da düzəldib qoya bilərsiniz, əsas odur, "qar" mövzusuna uyğun olsun.
Kolbasa əvəzinə qovrulmuş toyuğun döş ətini, yaxud qaraciyər istifadə edə bilərsiniz. Həmçinin salata ispanaq, kapers də əlavə edə bilərsiniz.
Mayonez sevməyənlər xama və ya xama ilə qatıq qarışığından istifadə edə bilərlər.
Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!