Ətli xiyar salatı resepti

Ətli xiyar salatı resepti
Salatlar
10.09.2017 23
Tərkibi:
3 kq xiyar
600 q mal əti
1 ortaboy baş soğan
3-4 x.q. duz
2 baş sarımsaq
qara istiot
çili istiotu
bıçağın ucunda natrium-qlütamat (onsuz da olar)
Hazırlanması:
Əti kubik doğrayın. Soğanla birlikdə qovurun, azca duz, istiot vurun, sonra isə az-az su əlavə edərək vam odda 2-3 saat bişirin.
Ət hazır olana bir saat qalmış xiyarları yarımhalqa doğrayın, 2 x.q. duz əlavə edin, sonra az olarsa, yenə əlavə edin. Ara-sıra qarışdırın ki, duzu çəksin. Son dadı duzlu xiyar kimi olacaq.
Xiyarın ayrılan şirəsini süzün.
Sarımsağı əzin. Sarımsağı, qara istiotu (10 q), qırmızı istiotu xiyara əlavə edin. (Reseptin orijinalında natrium-qlütamat da var, ancaq onu əlavə etməsəniz də olar).
Əti içində bişdiyi şirəsi ilə birlikdə xiyara əlavə edib qarışdırın. Soyuducuda bir gecə saxlayın. Bu salatı şüşə bankalarda 3-4 gün də saxlamaq olar.
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!