Kartof salatı resepti

Kartof salatı resepti
Salatlar
10.09.2017 43
Tərkibi:

4 ədəd orta ölçülü kartof

1 ədəd təzə yaşıl soğan

1 dəstə cəfəri

3 ədəd orta ölçülü incə qabıqlı xiyar



Sousu üçün:

1 armudu stəkan dolu zeytun yağı

1 çay qaşığı xardal

1 ədəd limon suyu

Yarım çay qaşığı duz

Qara bibər

1 çay qaşığı quru nanə

1 çay qaşığı qırmızı pul bibər



Hazırlanması:

Kartofları yaxşıca yuyub üzərini keçəcək qədər suda qaynadıb bişirin.

Bişdikdən sonra qabıqlarını soyun, doğrayıb dərin qaba alın.

Təzə soğanı və cəfərini incə doğrayın və kartofun üzərinə əlavə edin.

Xiyarları yuyun, qabıqlarmı soymadan halqa şəklində doğrayın və salata əlavə edin



Sousun hazırlanması:

Zeytun yağı,xardal, limon suyu, duz, qara bibəri dərin qabda yaxşıca qarışdırın.

Quru nanə və qırmızı pul bibəri də əlavə edib qarışdırın.

Sousu yaxşıca qarışdırdıqdan sonra salatın üzərinə səpib servis tabağına alın.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!