Pesto sousu resepti

Pesto sousu resepti
Salatlar
10.09.2017 12
Pesto - italyan mətbəxinin məşhur sousudur. İtalyan dilində pestare feli əzmək, döymək, sıxmaq mənasını verir. Bu sousu makaronla, krekerlərlə, salat və ət xörəkləri ilə süfrəyə verir, şorbaların və lazanyanın hazırlanmasında istifadə edir, sadəcə çörəyin üstünə yaxır, hətta pestolu çörək də bişirirlər.



Pestonun «vətəni» Liquriya əyaləti hesab olunur. Liquriyalılar bu sousla o qədər fəxr edirlər ki, hətta onun adını və yarandığı yeri patentləşdiriblər. Klassik Genuya pestosu (Pesto alla Genovese) mərmər həvəng və taxta dəstənin köməyilə hazırlanır. Pestonu Genuya yaxınlığında bitən reyhan, daş şam (piniya) qozasının tumu, sarımsaq, Liquriya zeytun yağı extra virgin (birinci sıxılma) və pekorino pendirindən hazırlanır. Bir qədər ucuz variantında isə daş şam tumu əvəzinə qoz və ya keşyu, pekorino yerinə isə daha ucuz pendir - parmezan, yaxud qran padano - istifadə olunur.



Tərkibi:

50 q reyhan

50 q parmezan

3 x.q. sidr qozu

100 ml bitki yağı (zeytun)

2-3 diş sarımsaq

duz



Hazırlanması:

Reyhanın yerinə cəfəri və ya ispanaq, parmezan yerinə isə başqa bərk pendir istifadə etmək olar. ancaq o zaman bu, pesto yox, başqa sous olacaq.



Sarımsağı iri doğrayın.



Blenderə doğranmış göyərtini, sarımsağı, pendiri, qozu, yağı qoyun, azca duz vurun (parmezan çox duzlu olur). Eynicinsli kütlə alınanadək çalın.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!