Qatıqlı qovrulmuş bibər salatı resepti

Qatıqlı qovrulmuş bibər salatı resepti
Salatlar
10.09.2017 19
Tərkibi: 4-5 ədəd rəngli bibər

2 çay qaşığı duru yağ

1 yemək qaşığı tomat

1 çay qaşığı istiot

3 stəkan qatıq

2 diş sarımsaq

1 yemək qaşığı sirkə

1 çay qaşığı şəkər tozu

1 stəkan isti su

Duz



Hazırlanması:

Bibərləri kiçik-kiçik doğrayın. Duru yağı qızdırıb bibərləri az odda
tez-tez qarışdıraraq qovurun. Sonra bibərləri duru yağın içindən süzərək
alın. Yağı yenidən oda qoyub tomatı əlavə edin və qoxusu çıxana kimi
qarışdırın. İstiot və bibəri tomatın üzərinə əlavə edib qarışdırın.
Suyunu tökün. Sirkə, şəkər tozu, duz da qatın. Tündləşənə kimi bişirib
oddan götürün

Sarımsaqları soyub əzin və az duz əlavəsi ilə qatıqla qarışdırın.
Sarımsaqlı qatığı salat qabının altına tökün. Üstünə tomatlı sousu
tökün. Üzərindən qovrulmuş bibərləri əlavə edin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!