Toyuqlu bulğur salat resepti

Toyuqlu bulğur salat resepti
Salatlar
10.09.2017 18
Tərkibi: 100 qr qaynamış toyuq filesi

4 xörək qaşığı qaynamış bulğur

1 ədəd qırmızı soğan

6 ədəd qurudulmuş pomidor (ilıq suda saxlanmış)

2 ədəd pomidor

1 ovuc təzə nanə

1 ovuc təzə cəfəri

1 çay qaşığı zirə

1 yemək qaşığı nar şərabı

1 yemək qaşığı zeytun yağı



Hazırlanması:

İlk əvvəl qaynadılmış toyuq filesini didin. Bir qabın içində bulğurun
üzərinə 1 stəkana yaxın qaynar su töküb ağzını bağlayaraq şişənə kimi
saxlayın. Göyərtiləri yuyub doğrayın. Ardından qırmızı quru soğanı
dorayın.

Qurudulmuş pomidorları suda isladın, sonra doğrayın. Bütün ləvazimatları
bir qaba qoyun. Üzərinə didilmiş toyuq filesini və bulğuru əlavə edin.
Ədviyyat, duz vurun olunur. Ən sonda zeytun yağı və nar şərabı əlavə
olunur.

İstəsəniz salata qoz da əlavə edə bilərsiz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!