Uğurlu salat resepti

Uğurlu salat resepti
Salatlar
10.09.2017 5
Tərkibi:

350 q hisə verilmiş kolbasa

6 ədəd ortaboy pomidor

1 x.q. xaş-xaş

250 q holland pendiri

3 diş sarımsaq

400 ml ədviyyatlı mayonez və ya xama

200 q suxarı

duz



Hazırlanması:

Pomidorları yuyun. Kolbasa, pomidor və pendiri kubik doğrayın.



Bir qabda suxarı, kolbasa, pendir, pomidor, əzilmiş sarımsaq, xaş-xaş və mayonezi qarışdırın. Duz vurun.



Suxarılar pomidorun suyunu çəkir. Əgər xırt-xırt xoşlayırsınızsa, salatı hazırlayan kimi süfrəyə verin. Yumşaq olmasını xoşlayanlar isə 2 saat gözləsinlər.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!