Tartar sousu resepti

Tartar sousu resepti
Salatlar
10.09.2017 10
Tərkibi:

Qaynadılmış yumurta sarısı - 2 ədəd

Çiy yumurta sarısı - 1 ədəd

Dijon xardalı - 1 x.q.

Zeytun yağı - 2/3 stəkan

Xama - 2 x.q.

Kapers - 2 x.q.

Doğranmış marinə olunmuş xiyar - 2 x.q.

Xırda doğranmış şüyüd - 1 ç.q.

Limon şirəsi və ya ağ şərab sirkəsi - 1 x.q.

Duz

Istiot



Hazırlanması:

Qaynanmış yumurta sarılarını sürtgəcin kiçik gözündən keçirin, çiy yumurta sarısı, xardal, limon şirəsi əlavə edib ərzaqlar tam qarışana kimi çalın. Çala-çala nazik şırnaqla, hissə-hissə yağ əlavə edin. Xama, duz, istiot, kapers, şüyüd əlavə edib qarışdırın.



Tartar sousunun daha asan hazırlanması:

Hazır mayonezə marinə olunmuş doğranmış xiyar və şüyüd əlavə edin.

Sousu həmçinin duzlu göbələk və cəfəri ilə də hazırlamaq olar.

Ümumiyyətlə bu sousun bir çox növləri mövcuddur. Sousda duzlu göbələk, marinə olunmuş xiyar, ağ və ya qara zeytun, yaşıl və ya baş soğan, kapers, şüyüd, cəfəri, estraqon və hətta sarımsaq istifadə edilir.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!