Pərqu salat resepti

Pərqu salat resepti
Salatlar
10.09.2017 3
Tərkibi: 2 kartof

1 baş soğan

200 q toyuq əti

3 yumurta

150 q pendir

0,5 pekin kələmi

200 q mayonez

duz

istiot



Hazırlanması:

Soğanı yarımhalqa, bişmiş toyuq ətini xırda doğrayın.

Bişmiş yumurtaların ağını sarısından ayırın.

Pekin kələmini xırda doğrayın.

Kartofu qabıqlı bişirib soyudun, qabığını soyun.

Salat qabının dibinə azca mayonez çəkin. Kartofu sürtgəcin iri gözündən keçirin.

Üzərinə soğanı döşəyin (yumşaq olması üçün soğanın üstündən qaynar su axıda bilərsiniz). Düz, istiot səpin. Mayonez çəkin.

Toyuq ətini, sürtgəcin iri gözündən keçirilmiş yumurta ağlarını və pendiri döşəyin, mayonez çəkin.

Yumurta sarılarını sürtgəcin xırda gözündən keçirin. Salatın üstünə səpin. Pekin kələmiylə bəzəyin.

Bir saat soyuducuda saxlayın.

Toyuq ətini tuna balığının konservi ilə də əvəzləmək olar.



Nuş olsun!скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!