Çiçək salatı resepti

Çiçək salatı resepti
Salatlar
10.09.2017 26
Koreya üsulu yerkökü, göbələk və toyuq ətindən salatın hazırlanma qaydasını təqdim edilir



Tərkibi:

180-200 q toyuq

4 yumurta

150 q marinə edilmiş göbələk

100 q koreya üsulu yerkökü

160 q pendir

mayonez



Bəzək:

cəfəri, yumurta, pomidor



Hazırlanması:

Toyuq ətini ədviyyat və duzla suda bişirin. Doğrayıb bir qədər qovurun. Bu, birinci laydır

Üzərinə mayonez çəkin, doğranmış göbələyi döşəyin.

Mayonez çəkin. Növbəti lay - koreya üsulu yerköküdür.

Mayonez çəkib, doğranmış, yaxud sürtgəcdən keçirilmiş yumurta döşəyin.

Yenə mayonez vurub sürtgəcdən keçirilmiş pendir səpin.

Axırıncı layın da üzərinə mayonez vurun.

Yumurta ağından çiçək ləçəkləri düzəldin, ortasına pomidor dilimi qoyun, cəfəridən gül saplağı düzəldin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!