Mersin tantunisi və soğan salatı resepti

Mersin tantunisi və soğan salatı resepti
Salatlar
10.09.2017 18
Tərkibi (4-6 əd.):

tantuni:


1 kq az yağlı qiymə

1 ç.q. qara istiot

1 ç.q. duz

1 ç.q. pul bibər

1 ç.q. zirə

ədviyyat (zövqə görə)

lavaş



soğan salatı:

3 baş ağ soğan

yarım dəstə cəfəri

3 pomidor

sumax

duz

limon suyu



Hazırlanması:

Qiyməni vam odda 15 dəqiqə, suyunu buraxıb çəkənə qədər bişirin, sonra az-az su əlavə edin, tam bişdikdən sonra ocaqdan götürün. Vam odda bişməsi önəmlidir.

Ət bişən müddətdə soğan salatını hazırlayın. Soğanı soyub nazik doğrayın. Bir az duz qatıb əlinizlə ovun, acısı çıxsın deyə çoxlu suyla yuyun.

Soğanın suyunu süzün, sumax qatıb əlinizlə qarışdırın.

Cəfəri və pomidorları doğrayın, limon şirəsi, duz qatıb qarışdırın.

Bişmiş ətə duz, ədviyyat qarışdırın, lavaşın ortası boyu ət və soğan salatı qoyun, dürmək kimi bükün.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!