Pendirli kasada rəngarəng salat resepti

Pendirli kasada rəngarəng salat resepti
Salatlar
10.09.2017 7
Pendir səbətində "İşıqfor" salatının hazırlanma qaydasını təqdim edirik...



Tərkibi:

1 banka qırmızı lobya konservləşdirilmiş

1 banka qarğıdalı konservləşdirilmiş

2 kiçik qutu suxari

1 ədəd duza qoyulmuş xiyar

100 qr. göy soğan

50 qr. şüyüd

xama

duz, qara istiot (zövqə görə)

250 qr. bərk pendir

1 x.q. kartof nişastası (kraxmal)



Hazırlanması:

Lobya və qarğıdalının suyunu süzün. Suxari, yaxşı olar ki, qara çörəkdən və hisə verilmiş dadda olsun.

Bir qabda lobya, qarğıdalı, xırda doğranmış göyərti, kub şəklində doğranmış xiyarları tökün.

Duz, istiot, xama, yaxud mayonez əlavə edib qarışdırın.

Suxarini salatı süfrəyə verərkən əlavə edin, əks halda yumşalar və salatın özünəməxsusluğu itər.

Ona səbət forması vermək üçün pendir isti halda olarkən dərin kasaya, yaxud tərs çevrilmiş stəkanın üzərinə sərin, soyuyub bərkiməsini gözləyin.

Süfrəyə verərkən salata suxarı əlavə edib, pendir səbətinin içinə yığın.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!