Gül salatı resepti

Gül salatı resepti
Salatlar
10.09.2017 21
Tərkibi:

3 ədəd şirin bibər (müxtəlif rənglərdə)

250 q toyuq filesi

3 ədəd yumurta

1 ədəd təzə xiyar

50 q mayonez

1 ədəd baş soğan

Duz, istiot

Göyərti

duru yağı



Hazırlanması:

Əvvəlcə  soğan xırda doğranılır. Soğanın üzərinə qaynar su tökülür və 10 dəqiqə saxlanılır.

Sonra suyunu süzün və soyuq su ilə yaxalayın ki, soyusun. İndi isə yumurtadan qayğanaq edin. Yumurtaları bir-bir, ayrı-ayrı qırın  ki, yuxa kimi alənsın, duru yağda bişirin.

Hər iki üzünü də qızardın (qızılı rəngdə edin, çox qaraltmayın ki, yanıq dadı gəlməsin). Sonra da kağız salfetin üzərinə sərin, ki yağlı olmasın. Bişmiş toyuq filesi xırda doğranılır

Bişmiş yumurtanı da uzunsov formada doğrayın.

Xiyarı da uzunsov formada doğrayın.

Hamısını böyük bir qaba töküb qarışdırın. Duz, istiot və mayonez vurub bir daha qarışdırın.

Şirin bibərlər iti bıçaqla nazik kəsilir. Amma ortasının tumlarını hələ təmizləməyin. Orta hissəsinə qədər kəsin, sonra da soyuq suya qoyub soyuducuya yerləşdirin

Hazır bibərdən etdiyimiz gülləri salatdan əvvəl hazırlayıb soyuq suda saxlamaq daha yaxşi olar, sonra da salatı edin. Hazır gülləri dəsmal üzərinə düzün ki, suyu süzülsün.

Sonra da hazır salatı qaşıqla güllərin içinə yerləşdirin. Göyərti ilə də bəzək verin və gül salatımız hazırdır.

Bu gül bibərin içinə bir çox salatlari yerləşdirmək olar.

 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!